Xəbər lenti

Bərdədə məcburi köçkünün evi qarət olundu
Ölkə14:07 09.05.2019

Bərdədə məcburi köçkünün evi qarət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə rayonunda mənzildən oğurluq olub.
Qaynarinfo xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Meşəçilik institutu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yerdə baş verib.
Ağdam rayonundan olan məcburi köçkün Xəyalə Məmmədovaya məxsus fərdi yaşayış evindən naməlum şəxs yaxud şəxslər tərəfindən 1200 manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Hadisə günorta saatlarında mənzildə heç kimin olmadığı vaxtda baş verib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.