Xəbər lenti

Bərdədə partlayıcı maddə və pirotexniki vasitələr satışdan çıxarılıb
Ölkə07:49 31.12.2018

Bərdədə partlayıcı maddə və pirotexniki vasitələr satışdan çıxarılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə rayon Polis şöbəsi insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması məqsədi ilə yerli mağazalarda pirotexniki vasitələr satan sahibkarlara qarşı reyd keçirib.
Bir neçə gün davam edən reyd zamanı rayon ərazisində yerləşən ticarət obyektlərindən, mağazalardan çoxlu sayda müxtəlif çeşidli yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub, araşdırma aparılır.
Bu istiqamətdə reydlər davam etdirilir.