Xəbər lenti

Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başladı
Ölkə14:00 31.05.2020

Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bərdə rayonunda suvarma üçün nəzərdə tutulan Qarabağ kanalında aşkarlanan 20-yə yaxın ölmüş heyvanın cəmdəyi ilə bağlı araşdırmalara başlayıb. 
Bu barədə "Report"un sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib. 
Qeyd olunub ki, məsələ ilə bağlı məlumat daxil olduqdan dərhal sonra AQTA əməkdaşları araşdırmalara başlayıb: "Hazırda müvafiq qurumlarla birgə hadisənin başvermə səbəbləri və digər istiqamətlərdə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".