Xəbər lenti

Berti Foqtsun taleyinə aydınlıq gəlir
Ölkə09:08 10.12.2013

Berti Foqtsun taleyinə aydınlıq gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. 

Apasport.az saytı məlumat verir ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun yığmadakı gələcək karyerasına aydınlıq gətiəcək yığıncaq dekabrın 18-də baş tutacaq.

Tədbir assosiasiyanın inzibati binasında keçiriləcək. Saat 11:00-da başlayacaq iclasın gündəliyi də artıq müəyyənləşib. İcraiyyə Komitəsi Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi ilə yanaşı, daha 2 məsələnin üzərində dayanacaq. 

UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması da gündəlikdə yer alıb. Bundan başqa, AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflər də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, komitə digər məsələlərə də vaxt ayıracaq.

Qaynar.info