Xəbər lenti

Beş nəfərə general-mayor ali hərbi rütbəsi verildi (SƏRƏNCAM)
Ölkə 11:10 25.06.2025

Beş nəfərə general-mayor ali hərbi rütbəsi verildi (SƏRƏNCAM)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmova
polkovnik Vasif Tofiq oğlu Xəlilova
polkovnik Elnur Sadıq oğlu Kazımova
polkovnik Elgün Aqil oğlu Əliyevə.

Dövlət başçısının imzaladığı digər Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova da "general-mayor” ali hərbi rütbəsi verilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->