Xəbər lenti

Bəşir Süleymanlı azadlığa çıxdı -FOTOLAR
Ölkə11:43 19.03.2015

Bəşir Süleymanlı azadlığa çıxdı -FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bu gün azadlığa buraxılıb. 

ANN.Az-ın verdiyi məlumata görə, Bəşir Süleymanlı dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında azadlığa çıxıb. 

Qeyd edək ki, Bəşir Süleymanlı 2014-cü ilin may ayının 26-da məhkəmə zalındaca həbs olunmuşdu. O, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığında ittiham olunurdu.

Azadlığa çıxan B. Süleymanlını dostları və yaxınları qarşılayıb.  

ANN.Az-ın fotomüxbiri Fərqanə Novruzovanın çəkdiyi fotoları təqdim edirik. 

Qaynar.info