Xəbər lenti

Bəxt açan, ağıl duası yazan dələduz falçı tutuldu - VİDEO
Ölkə17:52 23.09.2016

Bəxt açan, ağıl duası yazan dələduz falçı tutuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsanlara bəxt açdığını, ruzi və hətta ağıl duası yazdığını deyib aldadırmış…

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluqla məşğul olan şəxs yaxalanıb.

Bakı şəhəri Binə qəsəbəsində yaşayan 39 yaşlı Vüsal Hüseynovun öz qulluq mövqeyindən, vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olması barədə Baş İdarəyə məlumat daxil olub. Vüsal Hüseynov ona müraciət edən şəxslərin talelərini şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını və ruzilərinin bol olacağını vəd edib.

Saxlanılan şəxs belə hüquqazidd əməllərinin müqabilində ona müraciət edən vətəndaşların ümumilikdə 6700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.(xezerxeber)

Qaynarinfo.Az