Xəbər lenti

Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb
Ölkə13:23 31.07.2013

Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“O, qanunsuz çəkiliş aparıb”

Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılması təsdiqlənib.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən Bəxtiyar Hacıyevin hazırda bölmədə saxlanıldığı bildirilib.

Qeyd edilib ki, B.Hacıyevi bölməyə Post Patrul Xidməti bölüyünün əməkdaşları gətiriblər:

“Post Patrul Xidməti əməkdaşları piyada keçidindən istifadə etməyən şəxslərə qarşı tədbir görərkən Bəxtiyar Hacıyev həmin ərazidə qanunsuz çəkiliş aparıb. Çəkilişin hansı məqsədlə aparılmasını müəyyən etmək üçün o polis bölməsinə dəvət edilib. Araşdırma başa çatandan sonra həmin şəxs sərbəst buraxılacaq”.

Qeyd edək ki, B. Hacıyev öz “Facebook” səhifəsində polis tərəfindən saxlanılması barədə status yayıb.

Qaynar.info