Xəbər lenti

Bəxtiyar Hacıyev sərbəst buraxıldı (Yenilənib)
Ölkə17:03 02.08.2017

Bəxtiyar Hacıyev sərbəst buraxıldı (Yenilənib)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Bir neçə saat əvvəl saxlanılan gənc fəal Bəxtiyar Hacıyev sərbəst buraxılıb.

"Qaynarinfo" xəbər verir ki, bu barədə B.Hacıyev öz Facebook səhifəsində yazıb.

Bildirilir ki, Bəxtiyar Hacıyevin saxlanılmasına səbəb onun yol polisi əməkdaşları ilə mübahisə etməsi olub.

***

Gənc fəal Bəxtiyar Hacıyev bir neçə saat öncə saxlanılıb.

"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, B.Hacıyev Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə mübahisə edib və nəticədə onu saxlayaraq Səbail RPİ 9-cu Polis Bölməsinə aparıblar. Hazırda bölmədə saxlanılır.

9-cu PB-dən məlumatı təsdiqləyiblər və araşdırma aparıldığını, yekunda məlumat veriləcəyini bildiriblər.

Qaynarinfo.Az