Xəbər lenti

Bəxtiyar Hacıyevin məhkəməsi sabaha qaldı
Ölkə17:15 15.08.2016

Bəxtiyar Hacıyevin məhkəməsi sabaha qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yol polisi ilə mübahisə etməklə xırda xuliqanlıqda ittiham edilən gənc fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi sabah davam etdiriləcək.
Vəkil Cavad Cavadov bildirib ki, müdafiə tərəfi hadisəni əks etdirən video görüntülərin məhkəməyə təqdim edilməsi barədə vəsatət verib. Bu vəsatər məhkəmə tərəfindən təmin edilib. Bunun üçün də məhkəmə prosesi sabaha kimi təxirə salınıb.
Qeyd edək ki, B.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Qaynarinfo.Az