Xəbər lenti

Bəy toyunda bıçaqlandı - Qobustanda
Ölkə07:45 27.06.2014

Bəy toyunda bıçaqlandı - Qobustanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Qaynar.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Nabur kəndində toy mərasimi zamanı qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Məhyəddinov Elnur Faiq oğlu özünün toy mərasimində dəvət etdiyi qonağı tərəfindən bıçaqlanıb.

Məlumata görə, toy mərasimində spirtli içki qəbul edən gənclər arasında şəxsi münasibətlər zəminində dava baş verib. Davaya toyu olan Elnur Məhyəddinov da qoşulub. Hadisə zamanı onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Bəkirov İsmət Əli oğlu üzərində gəzdirdiyi bıçaqla Elnur Məhyəddinova bir neçə dəfə xəsarət yetirib. Yaralı təcili olaraq Qobustan Mərkəzi rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. 

Hadisəni törədən İsmət Bəkirov tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil. Əlbəyaxa dava zamanı bir neçə nəfərin yüngül xəsarət aldığı da bildirilib.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qaynar.info