Xəbər lenti

Bəy və gəlin toy günü səs verdi (VİDEO)
Ölkə13:16 11.04.2018

Bəy və gəlin toy günü səs verdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qax rayonunda bəy və gəlin toy günü səsvermədə iştirak edib.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, 112 saylı Qax seçki dairəsinin 2 saylı seçki məntəqəsində qeydiyyatda olan seçicilər, rayon sakinləri - Elgün Aydınov və Səadət Mövludzadə toy günündə mərasimdən əvvəl seçki məntəqəsinə gedərək səs veriblər.
Cütlüyün sözlərinə görə, toy günlərini daha da yaddaqalan etmək üçün bu günü seçiblər. Həm də bu gün Səadət Mövludzadənin doğum günüdür.