Beyləqanda yanğın qeydə alınıb.
Qaynarinfo Trend-ə istinadən bildirir ki, rayonun Birinci Şahsevən kəndində ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.