Xəbər lenti

Beyləqanda postda saxlanılan avtomobildən odlu silah tapıldı
Ölkə10:02 16.10.2020

Beyləqanda postda saxlanılan avtomobildən odlu silah tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi "Mercedes” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan "Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.