
Hadisə nəticəsində ölən və yaralanan var
İyunun 28-də Beyləqan rayonunun Aşağı Çəmənli kəndi ərazisində İmişli rayon sakini Fuad Abbasov ov tüfəngindən atəş açaraq Əhmədli kənd sakinləri Roman Əhmədova və Rafiq Vəliyevə xəsarət yetirib.
Anspress-in DİN-ə istinadən xəbər verir ki, nəticədə R.Əhmədov hadisə yerində ölüb, R.Vəliyev isə xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abbasov saxlanılib və ondan hadisəni törədilərkən istifadə etdiyi qoşalülə tüfəng götürülüb.