Xəbər lenti

Beyləqanın icra başçısı döyülüb?
Ölkə13:07 03.04.2013

Beyləqanın icra başçısı döyülüb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beyləqanda rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə  iş adamı Tərlan Kamaloğlu arasından başlanan münaqişə birincinin döyülməsi ilə bitib. Münaqişəyə səbəb icra başçısının sahibkardan parkın abadlaşdırılması üçün pul tələb etməsi olub. Bu barədə AzeriNews.org saytı məlumat yayıb.

Belə ki, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə sahibkar Tərlan Kamaloğlu arasındakı münaqişə aprelin 1-də rayon icra hakimiyyətinin yaxınlığındakı istirahət parkında baş verib. İcra başçısı həmin parkda kafe və çayxanası olan iş adamından ərazinin abadlaşdırılması üçün 10 min manat istəyib. Ancaq iş adamı vəsaiti ödəməkdən imtina edib. Bundan qəzəblənən Vaqif Abdullayev Kamal Tərlanoğlunu camaatın gözü qarşısında təhqiramiz söyüşlərlə təhqir edib.

Ailə üzvlərinə ünvanlanan söyüşləri həzm edə bilməyən Tərlan Kamaloğlu yerdən qaldırdığı kərpici icra başçısının üzünə vurub. Bunun ardınca iş adamı zərbənin təsirindən yerə yıxılan V.Abdullayevi təpikləməyə başlayıb. İstirahət parkında dincəlməyə gələn vətəndaşların səyi nəticəsində münaqişə səngiyib, sahibkar rayon polis  şöbəsinə aparılıb. Ancaq icra başçısı bu məsələyə görə sahibkarın həbs edilməsini istəməyib. Vaqif Abdullayev rayon polis şöbəsinə T.Kamaloğlu sərbəst buraxılmasını tapşırıb. Böyük ehtimalla bu motivli həbs icra başçısına sərf etməyib. Lakin sahibkarın başqa bir ittihamla həbs olunması təhlükəsi var.

Bildirilir ki, icra başçısının döyülməsi rayonun vəzifəli şəxsləri arasında  sevinclə qarşılanıb. Çünki icra başçısı idarə müdirlərinin hər birindən 10 min manat “təzminat” tələb edib. “Təzminat”ı ödəməyəcəkləri təqdirdə onları işdən çıxarılacaqları ilə hədələyib.

Beyləqan rayon İcra Hakimiyyətindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.