
Bakı Beynəlxalq Avtovağzalı sərnişindaşıma ilə bağlı illik statistikanı açıqlayıb..
Qurumdan Qaynarinfo.Az-a verilən məlumata görə, 2016-cı il ərzində Bakı Beynəlxalq Avtovağzalından 129252 reyslə 3 milyon 234233 sərnişin daşınıb.
Bu statistikaya görə 122046 reyslə 3 milyon 17036, şəhərlərarası sərnişindaşınması, 7206 reyslə isə 217197 beynəlxalq sərnişindaşınması həyata keçirilib.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az