Xəbər lenti

Beynəlxalq axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edildi
Ölkə14:04 20.04.2023

Beynəlxalq axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan vətəndaşları Şirin Məmmədov, Teymur Quliyevin və Yalçın İbadovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, istintaqı aparılan cinayət işləri üzrə Şirin Məmmədovun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri (qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrik etmə), Teymur Quliyevin həmin Məcəllənin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq), Yalçın İbadovun isə həmin Məcəllənin 182.1-ci maddəsində (hədə qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində beynəlxalq axtarış elan edilib.
Hər 3 şəxs Rusiya ərazisində saxlanılaraq aprelin 20-də Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.