Azərbaycanlı oliqarx müflis olur; Telman İsmayılov krediti qaytara bilmədiyi üçün bank yəhudibiznesmenin daşınmaz əmlakının bir hissəsini öz mülkiyyətinə keçirib;ümumi dəyəri 140 milyon dollar olan yarımçıq qalmış mehmanxanaərazisində torpağın bir sotunun qiyməti milyon dollardan yuxarıdır; işadamının borcları isə milyarda çatır...
İşadamı Telman İsmayılovun(“AST Telman”) daha bir biznes obyekti əlindənçıxıb. Moskvada ümumi dəyəri 140 milyon dollar olan yarımçıq qalmışmehmanxananın aktivlərinə Azərbaycan Beynəlxalq Bankı əl qoyub.
Belə görünürki, T.İsmayılov nə vaxtsa Beynəlxalq Bankdan da iri məbləğdə kreditgötürübmüş və indi o, krediti qaytara bilmədiyi üçün bank yəhudibiznesmenin daşınmaz əmlakının bir hissəsini öz mülkiyyətinə keçirib.Nikitski bulvarında mehmanxana tikintisi üçün nəzərdə tutulan torpaqsahəsini T.İsmayılovun “AST” şirkətlər qrupu 2004-cü ildə icarəyəgötürüb. Oliqarx orada lüks otel-apartament inşa etməyə hazırlaşırdı.Lakin Moskva meriyasının Arxitektura Şurası layihəni bəyənməyib. Şura buərazidə otel inşasının ümumi arxitektura ansambla zidd olacağınıbildirib.
T.İsmayılovun icarəyə götürdüyütorpaq sahəsinin yerində “Solovinlərin evi” kimi tanınan və Moskvaaristokratiyasına məxsus dördmərtəbəli tarixi mülk yerləşir. Bu ərazidəisə torpağın bir sotunun qiyməti milyon dollardan yuxarıdır. Moskvaşəhərinin İnvestisiya layihələrinin reallaşdırılması və şəhər quruculuğuKomitəsinin (lMoskomstroyinvest») rəhbəri Konstantin Timofeyev hələ birmüddət əvvəl bildirmişdi ki, əgər ilin sonuna qədər lAST» şirkətləriqrupu həmin torpaq sahəsi ilə bağlı yeni layihə təqdim etməsə və yaərazini başqa investora verməsə, torpaq sahəsinin geri alınması barədəqərar verəcəklər.
Bu ilin iyul ayında isəKiyevin keçmiş meri Leonid Çernovetskinin kürəkəni Sergey Yançukovun“Manqazeya” şirkəti T. İsmayılov barəsində Kipr məhkəməsinə şikayətedib. İddiada T. İsmayılovun şirkətə olan 100 milyon dollar borcunungeri qaytarılması tələb olunurdu. İddiaçı tərəf məhkəməyə müraciətindəqeyd edib ki, 2010-cu ilin sentyabrında “Sezaria LTD” şirkəti Telmanİsmayılovun “Tandum LTD” şirkətinə 1 illik 10%-lə 50 milyon dollarkredit verib. Bu kredit üzrə faizlər hər ay ödənilib və 2011-ci ilinfevralında “Tandum LTD” “Sezaria LTD” daha bir kredit götürüb. Bu dəfədə kreditin həcmi 50 milyon dollar olsa da, amma vəsait iki illiyəgötürülüb. Bundan sonra borcun ödəmə müddətlərini uzadan “Tandum LTD”ilə daha bir neçə razılaşma imzalanıb. Son müddət 2013-cü ilinsentyabrına təyin edilib. 2013-cü ilin aprelində isə Telman İsmayılovlaborcun ödənilməsi ilə bağlı zəmanət müqaviləsi imzalanıb. Bu müqaviləyəəsasən şirkət bu krediti ödəməyəcəyi təqdirdə öhdəliklər Telmanİsmayılovun üzərinə düşür. Ancaq buna baxmayaraq ödəmələr edilməyib.Məhz bu səbəbdən “Sezaria LTD” şirkəti Kipr məhkəməsinə müraciət edib.Kipr məhkəməsi isə “Mardan Palace”nin bank hesablarını dondurub.

“Manqazeya”nın iddia etdiyi əmlaklar, eləcə də Türkiyədə olan lüks otel kompleksi“Mardan Palace”, 3-cü idman dairəsində olan “Safisa” şadlıq sarayı,Qaribaldi küçəsində yerləşən “Marina” ticarət mərkəzləri də vardı. Buaktivlərin ümumi qiymətini 1,6 milyard dollar qiymətindədəyərləndirilir.
“Manqazeya”qrupunun nümayəndələri “Kommersant” qəzetinə bildiriblər ki, həqiqətənNikita bulvarı 6/20 ünvanda yerləşən mehmanxana Azərbaycana aid olanBeynəlxalq Bankın nəzarətini keçib.(ANS). Bu da T. İsmailovun borclarınyerinə aktivlərin verilməsini kölgə altına qoyur.
2009-cuildə “Çerkizovsk” bazarının Putinin göstərişi ilə bağlanmasından sonraT. İsmayılov Rusiyanı tərk edib və faktiki olaraq Moskvadakı biznesfəaliyyətini dayandırıb. “AST Telman” ləqəbli oliqarx Rusiyadakı biznesaktivlərini oğulları Ələkbər və Sərxanın, habelə qohumu Zaur Mərdanovunadına rəsmiləşdirib.
T.İsmayılovun əsas nağdgəlirləri lÇerkizovsk» bazarından daxil olduğu üçün bazarınbağlanmasından sonra onun gəlirləri kəskin azalıb. Məlumatlara görə, T.İsmayılov lBank Moskva»ya olan 107 milyon dollar kredit borcunu ödəməküçün Moskvada ona məxsus olan lPraqa» restoranını və lTropikano»nu artıqsatıb.
T.İsmayılovun Türkiyədə də işləri yaxşıgetmir. Onun 1,5 milyard dollarlıq lMardan Palace» oteli ziyanlaişləyir. İş adamı Türkiyənin dövlət bankı olan lHalk Bank»a onmilyonlarla dollar borcludur.
“MardanPalace” otelinə yatırılan pulları geri qaytarmağın çətin olduğunuiqtisadçılar əvvəlcədən hesablamışdılar. Oteldə nömrələrin qiyməti birneçə yüz dollardan bir neçə min dollara qədər dəyişir. Dəbdəbəli açılışmərasimi sayəsində məşhurlaşan otelin müştəriləri arasında əvvəllərvarlı ərəb şeyxləri, Hollivud ulduzları, iri biznesmenlər olurdu. Ancaqson vaxtlar müştərilər azalıb, Türkiyə qəzetləri yazmışdı ki, mövsümolmasına baxmayaraq, oteldə yerlərin yarısı boş qalır. T. İsmayılovatasının adını verdiyi otelə yatırdığı pulları geri qaytara biləcəyinəəslində özü də əmin deyildi və müsahibələrinin birində demişdi ki, olabilsin yatırdığı investisiya heç vaxt qayıtmasın.
Qeydedək ki, “AST Telman” azərbaycanlı oliqarxlardan təşkil olunmuş, şərtiadı “Milyarderlər İttifaqı” adlanan qurumda təmsil olunurdu. Azərbaycanhakimiyyəti ilə münasibətləri onsuzda yaxşı olmayan T.İsmayılıov buittifaqa qoşulandan sonra ümumiyyətlə Bakıya gəlməyi yasaq olunub. //musavat.com