Xəbər lenti

Beynəlxalq Bankda daha bir istefa
Ölkə06:52 28.07.2015

Beynəlxalq Bankda daha bir istefa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. Bu barədə APA-ya R.Ağayev məlumat verib.
R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.
Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb. 
Artıq Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Bu barədə "Report"a ABB mətbuat xidmətinin yeni rəhbəri Yadigar Cəfərli özü məlumat verib. Y.Cəfərli bu vəzifədə öz işinə başlayıb. 
Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb.
Qaynar.info