Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Qaynarinfo.Az Trend-ə istinadən xəbər verir ki, o, bu vəzifəyə 2015-ci ilin iyul ayında 4 il müddətinə seçilmişdi.
Bu təyinata qədər isə E.Məmmədov "Kapital Bank"da (2009-cu ilin iyunundan) və "Azər Türk Bank"da (2014-cü ilin sonundan) İdarə Heyətinin sədri olub.
Bankın İdarə Heyətinin sədri vəzifəsini Xalid Əhədov icra edəcək. O, 2016-cı il dekabrın 2-dən "Azər Türk Bank"ın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.
Bundan başqa, Orxan Hüseynov Azər Türk Bank ASC-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən təyin olunub. Bu vəzifə Xalid Əhədovun Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən təyin olunduqdan sonra boş qalmışdı.
Bu təyinata qədər Orxan Hüseynov Bank Standard-ın idarə heyətinin sədr müavini vəzifəsində çalışırdı.
Qaynarinfo.Az