Xəbər lenti

“Beynəlxalq Əlillər Günü” qeyd olundu
Ölkə11:43 03.12.2013

“Beynəlxalq Əlillər Günü” qeyd olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda Beynəlxalq Əlillər Günü qeyd olunub

Qaynar.info-ya daxil olan məlumata görə bu gün  “Excelsior” otelində “Beynəlxalq Əlillər Günü” Sosial Xidmətlərə Təşəbbüs İB (SXT) tərəfindən qeyd edilib. 

Tədbir əlilliyi olan şəxslərin problemlərinə diqqəti cəlb etmək, eyni zamanda təşkilatın beş illik fəaliyyəti ilə bağlı hesabat məqsədi daşıyırdı. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsul şəxsləri, UNİCEF-in Bakı nümayəndəliyinin rəsmiləri, müvafiq QHT-lər, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.


Xatırladaq ki, 1992-ci ildən BMT-nin Baş Assambleyasının qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycan  "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya 2 oktyabr 2008-ci ildə qoşulub. Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520 min 793 nəfər əlilliyi olan şəxs var. Onlardan 62 min 886 nəfəri uşaqlardır.

Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyi 2008-ci ildən əlilliyi olan insanların hüquqlarını müdafiə edir və öz fəaliyyətlərində BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair Konvensiyasının təyin etdiyi prinsip və dəyərləri rəhbər tutur.

Yalnız 2013-cü ildə təşkilat 400 əlilliyi olan uşağa xidmət göstərib.

Təşkilat 4 ildir Səyyar Xidmət Layihəsi ilə Quba və İsmayıllı rayonlarında olan uşaqlara, son ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Oğuz, Qəbələ, Ağsu, Şamaxı, Qobustan rayonlarındakı uşaqlara evdə reabilitasiya xidmətləri, Sumqayıt şəhərindəki Uşaq İnkişaf Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş reabilitasiya xidmətləri göstərir.

SXT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair BMT-nin Konvensiyası Haqqında Maarifləndirmə Layihəsi, De-İnstitutlaşma Pilot Layihəsi, Reabilitasiya Xidmətlərinin Gücləndirilməsi Layihəsi, İnkişaf və İştirak üçün İdman Layihəsi ilə cəmiyyətin həssas qruplarına yardımını göstərib.

Qaynar.info