Xəbər lenti

Beynəlxalq Muzeylər Günü münasibətilə tədbirlər keçiriləcək
Ölkə06:57 10.05.2013

Beynəlxalq Muzeylər Günü münasibətilə tədbirlər keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mərkəz və muzeylərdə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək.

İdarədən AzərTAc-a bildiriblər ki, C.Cabbarlının ev-muzeyi, M.S.Ordubadinin xatirə muzeyi, C.Məmmədquluzadənin ev-muzeyi, Ə.Əzimzadənin ev-muzeyi, N.Nərimanovun xatirə muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi, Qaradağ Rayon Heydər Əliyev Mərkəzi və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq tədbirlər “Muzeylər – milli sərvətimizdir”, “Muzeylər – yaşayan tarix”, “Muzeylər maariflənmə ocağıdır”, “Hər bir muzey tarixin aynasıdır”, “Muzeylərimiz bu gün”, “Hər bir muzey bir abidədir” və “Muzeylər tariximizi yaşadır” mövzularını əhatə edəcək.

Mayın 18-də, həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Filarmoniya bağında tədbir keçiriləcək.

Qaynar.info