Üzeyir Cəfərov
Hamı vasitəçilik edir, amma ortada sıfıra bərabər nəticə
Bugün mətbuatda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakınümayəndəliyinin yeni rəhbəri xanım Dəniz Duranın müsahibəsinə rastgəldim. İlk baxışdan tanışlıq və bir qədər də hesabat xarakterli busöhbətdə mənim diqqətimi çəkən xeyli maraqlı məqamlar aşkarladım.Bildiyiniz kimi, BQXK regionda 20 ildən çoxdur ki, fəaliyyət göstərir.Haqlı olaraq ortaya belə bir sual çıxır ki, bu müddət ərzində bu vədigər beynəlxalq qurumlar hansı müsbət nəticələri əldə ediblər? Eləxanım Dəniz Duran da fəxrlə təmsil etdiyi qurumun guya Azərbaycanda özmissiyasını uğurla yerinə yetirdiyini bəyan edir. Qonşularımıziranlıların təbirincə desək, xub, xanım əfəndi. Axı söylədiklərinizləreallıq arasında böyük fərq var.
Bəli, biz birazərbaycanlı olaraq heç vaxt münaqişənin qızğın vaxtlarında BQXK, eləcədə digər təşkilatların Ermənistan separatçılarının dəstəyi ilə öz doğmayurd-yuvalarından didərgin düşmüş böyük məcburi köçkün ordusu üçünxeyli faydalı işlər görməsini unutmamışıq. Humanitar yardımlar,tərəflər arasında gedən amansız silahlı savaşda hərbi əsirlərə vəinternə edilmiş mülki şəxslərə baş çəkmək, onların geriyə qaytarılmasıproseslərində əvəzsiz xidmətləriniz çoxumuzun yaddaşındadır. Özü də buelə bir mürəkkəb və qarışıq zamanlarda görülən iş olub ki, buna ədalətliqiymət verməmək, sadəcə insafsızlıq olardı. Son 20 ildə BQXK-nınvasitəçiliyi ilə 700-ə yaxın insan - hərbi əsir və mülki internə olunmuşşəxslər öz ölkələrinə qaytarılıb.
Amma məniQarabağ müharibəsinin odunu-alovunu keçən bir şəxs kimi bir məsələ gecədə, gündüz də çox narahat edir. Bu, döyüşlər gedən vaxtı dünyasınıdəyişmiş insanların taleyidir. O şəxslərin ki, onlar hələ də doğmalarıtərəfindən axtarılır və onların taleyi barəsində uzun illərdir konkretbir məlumat yoxdur. İndi isə bir qədər əvvəl haqqında söhbət açdığımBQXK-nin hörmətli xanım təmsilçisi deyir ki, onlar bu il itkin düşmüşşəxslərin ailələrindən bioloji nümunələrin toplanmasına başlamaqistəyirlər. Yəni bu nümunələrin toplanmasının məqsədi gələcəkdə olabiləcək eksqumasiyaların köməyi ilə itkin düşmüş şəxslərin talelərinəaydınlıq gətirməkdir. Bioloji nümunələr DNK analizi demək deyil.
Bunümunələr dedikdə ağız suyu nümunəsi və ya qan nümunəsi nəzərdətutulur. Bir itkin düşmüş şəxsin 4 ailə üzvündən nümunə götürülə bilər.Baxın, xanım Dəniz Duran deyir ki, gələcəkdə eksqumasiya olunacaqşəxslərin qalıqları ilə müqayisə olunacaq. Lap yaxşı. Amma hansıdöyüşçünün, istər erməni əsgəri və ya zabitinin cəsədinin qalıqları,yaxud da bizim hərbçimizin, yaxud mülkü şəxsin bədən üzvlərindən hərhansının qalıqlarını müqayisə etmək üçün əvvəl onların haradabasdırılmasına aydınlıq gətirilsin. Bunu isə o döyüşlərdə bilavasitəiştirak etmiş və o cəsədləri basdırmış şəxslərdən yaxşı heç kəs bilməz.Onda ortalığa sualı çıxır: bu cəsədlərin yerini gələcəkdə kim və necəaşkarlayacaq?
İtkin düşən şəxslərin ailələri özdoğmalarından, onların ölməsi və ya sağ qalmaları haqqında dəqiqməlumat almaq istəyirlər. Bizim beynəlxalq qurumlar isə hələ hansısamücərrəd planlar cızır, xəyallar qururlar. Rəsmi mənbələrin dediyinəgörə, 2012-ci ilin sonuna olan məlumata əsasən BQXK tərəfindən DağlıqQarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4627 nəfər qeydiyyataalınıb. Onlardan 4191 nəfərin işi BQXK-nın Azərbaycan nümayəndəliyininnəzarəti altındadır. Bu saya həm də Dağlıq Qarabağ ərazisi daxildir.İtkin düşmüş şəxslərin sayı dəyişə bilən saydır. Bu, BQXK-nınqeydiyyatdan keçirdiyi insanların sayıdır. Dövlət Komissiyasında olanrəqəmlər başqadır. Azərbaycanın Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə arada öz varlığını yadasalmaq üçün mediyaya bəzi məlumatlar verir.
Bizisə açıq şəkildə görürük ki, 1997-ci ildən fəaliyyətə başlamışBeynəlxalq İşçi Qrupu (BİQ) sadəcə öz gününü keçirtməklə vaxt öldürür.Bu cənablar (xariciləri nəzərdə tuturam) vaxtaşırı gah Azərbaycana,burdan İrəvana, oradan da vurub Xankəndinə gedərək sayı-hesabıbilinməyən səfərlər həyata keçirirlər ki, guya bunlar hansısa “vacibişlər” görürlər. Mən isə tam məsuliyyətimlə demək istərdim ki, BİQ-infəaliyyəti bölgəyə səfər edən turistlərin işindən qətiyyən fərqlənmir.Hələ bir neçə il bundan əvvəl ölkəmizə səfərə gələn cənab Leo Platvoetmünaqişə bölgəsində Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarınişi ilə maraqlananda, bildirmişdim ki, bunlar boş və mənasız şeylərdirvə belə primitiv iş uslubu ilə heç bir konkret nəticəyə nail olmaqmümkün olmayacaqdır.
Təsəvvür edin ki,atəşkəsin imzalanmasından artıq 19 ilə yaxın vaxt keçib (Sənəd Bişkekşəhərində 1994-cü ilin mayın 12-də imzalanıb). Bu illər ərzindəQarabağda döyüşlərin iştirakçısı olmuş hərbçilərin demək olar ki,hamısı xidmət yerlərini dəyişib, bir çoxları təqaüdə çıxıblar. Axıindiyə kimi o yerlərdə döyüş keçmiş insanlardan birini belədindirməyiblər ki, siz Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında hansı məlumata maliksiniz...
Fikrimintam sübutu kimi, bir misal da göstərirəm. 1994-cü ildə (atəşkəsə birneçə ay qalmış) xidmət keçdiyim Füzuli döyüş briqadasının da qatıldığıən ağır döyüşlər zamanı erməni ordusunun xeyli sayda əsgər və zabiti bizimkilər tərəfindən məhv edilib. Özü də o vaxta kimi özlərinivəziyyətin tam sahibi kimi hiss edən ermənilər (hansılar ki, bir-birininardınca onlarla kəndimizi və qəsəbəmizi ələ keçirtmişdilər) qısa birmüddət ərzində elə bil rəzil vəziyyətə düşmüşdülər ki, canlarınıqurtarmaq üçün künc-bucaq axtarırdılar. Bax həmin o qanlı döyüşlərvaxtı, bəlkə də, onlarla erməni əskərinin cəsədi bizimkilər tərəfindənFüzuli rayonunun Şükürbəyli kəndindən Horadiz qəsəbəsinə (indi artıqHoradizə şəhər statusu verilib) aparan yolun yaxınlığında basdırılıb.
İndigəlin belə bir mənzərəni təsəvvür edək. O dəfn olunan erməniəsgərlərinin yerini bilən şəxslərdən biri də bu gün o ərazilərdə xidmətkeçmir və hələ bu günə kimi bir nəfər də o adı çəkilən Beynəlxalq İşçiQrupundan gəlib indi adları itkinlər siyahısında olan o bədbəxtlərləmaraqlanmayıblar. Eyni vəziyyət, mən şübhə etmirəm ki, bizim qarşıtərəfdə yaralanıb əsir düşən, yaxud həlak olan əsgər vəzabitlərlərimizlədir. Axı vaxt keçir və doğmalarının yolunu gözləyənminlərlə ailə hələ də ümidlərini üzməyiblər ki, həm bizim tərəfimizdən,həm də erməni tərəfindən bu BİQ-nun vasitəçiliyi ilə müəyyən işlərgörüləcək.
Şəxsən mən heç vaxt inanmamışam ki,hansısa bir əcnəbi cənab və ya xanım istəyər ki, Qarabağ münaqişəsitezliklə həll olunsun. Axı nəyi pisdir ki, hər dəfə onlar Bakıda,İrəvanda, Şuşada və ya Xankəndində böyük hörmətlə qarşılanırlar,yedizdirilir, içizdirilir, hələ üstəlik də yerli nemətlərdən (balığdan,ikradan, erməni konyakından və sairədən) yığıb öz evlərinə aparırlar?!Bir anlığa təsəvvür edək ki, sabah bu konflik həllini tapır və BİQ-ninrəhbəri cənab Berhard Klazen və digər məşğul şəxslər hansı “işləri”görməli olacaqlar? Doğurdan da, çox böyük təəssüflə qeyd edilməlidirki, bu illər ərzində adı yuxarıda çəkilən qurum əsir-girovların azadolunması, həmçinin də itkin düşmüş şəxslərin yerini müəyyənləşdirməküçün faktiki öz imkanlarından istifadə etməmişdir.
Siziinandırım ki, yaxınlarının taleyi ilə bu illər ərzində maraqlanan bəziailələr həm bizim Dövlət Komissiyasının, həm də BİQ-nun gördüyü işdənqat-qat çox işlər görüblər. Elə 2001-ci ildə bu sətirlərin müəllifinində daxil olduğu böyük bir jurnalist qurupunun İrəvana, Xankəndinə vəŞuşaya ATƏT xətti ilə etdiyi səfər zaman təkcə bir neçə saat ərzindəəsirlikdə olan 3 nəfər soydaşımızla bağlı çox müfəssəl məlumatlar əldəetdik. Adları və soyadları bildirilən hərbçilərin konkret olaraq haradavə kimlər tərəfindən saxlandığını əgər biz asanlıqla müəyyənləşdirdiksə,görün BİQ bir balaca bu işlərə ürəkdən və vicdanla yanaşsaydı, nə qədərailələr rahatlıq tapardı. Öz doğmalarından illərlə məlumat ala bilməyəninsanlar artıq o faktla da barışıblar ki, təki heç olmasa doğmalarının,əgər onlar ölüblərsə belə, cəsədlərinin qalıqlarını əldə etsinlər vədoğma torpaqda basdırsınlar.
16 ildən artıq birmüddətdə guya hansısa fəaliyyət göstərən BİQ, görəsən, bundan sonradaha nə qədər öz turist səfərlərini davam etdirəcəkdir? Artıq həmbizdə, həm də bizə düşmən olan erməni tərəfdə belə bir rəy formalaşıbki, bu Avropa Şurası, ATƏT, BİQ və onlarla digər irili-xırdalı qurumlarancaq vaxt uzatmaqla öz ömürlərini uzatmaqla məşğuldurlar. Hələ, bəlkədə, fikirləşirlər ki, hansı ustalıqla bu xalqları necə dolayırlar.
BİQ-nunəsirlərlə bağlı tutduqları mövqe barəsində də bir neçə kəlmə söz deməkistərdim. Xatırlayırsınızsa, ötən illərdə ordumuzun bir neçə əsgərierməni əsirliyindən qaytarıldıqdan sonra ağır maddələrlə ittihamolunaraq həbsxanalara salındılar. Elə o vaxt da, indinin özündə də heçkimdə şübhə yoxdur ki, bu binəva əsgərlərimizi o cür ağır maddələr iləməhkum etmək qətiyyən düzgün deyildi. Yəni sıravi əsgərin demək olar ki,heç bir hərbi sirrə malik olmadığı billə-bilə, onlar uzun müddətəazadlıqdan məhrum edildilər.