Xəbər lenti

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlandı
Ölkə11:10 20.06.2025

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, TƏBİB-dən bildirilib.
Ötən gün saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.
Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib.
Qeyd olunub ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.