İdman 15:41 10.10.2023

Bezdilər, axırda məşqçini qovdular

"Sevilya" Xose Luis Mendilibarla yollarını ayırıb. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb uğursuz nəticələr olub. Klub mütəxəssisi qovduğunu rəsmən açıqlayıb. 

Əndəlus komandası cari mövsüm La Liqada keçirdiyi səkkiz matçın yalnız ikisində qələbə qazanıb. Şənbə günü "Rayo Valyekano" ilə səfərdə 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra  səkkiz xalla 14-cü yerdə qərarlaşıb. 

62 yaşlı Mendilibar baş məşqçi postuna bu ilin mart ayında təyin olunmuşdu.  Onun rəhbərlik etdiyi komanda Çempionlar Liqasının hər iki matçında "Lans” və "PSV Eyndhoven”lə heç- heçə edib. Onlar qrup lideri "Lans”dan iki, "Arsenal”dan isə bir xal geridədir.

Səbuhi Həsənov