Bankdan kreditin bağlanmasına dair verilən arayış üçün rüsum artırılıb… Üstəlik xidməthaqqı bankda görə də dəyişir… Bir bankda 20 manatdır, digərində isə 40…Ekspertlərin sözlərinə görə, bir neçə il əvvələ qədər 10-15 manat civarında verilən arayış üçün hazırda 10 -40 manat arası ödəniş etmək lazımdır.
Bəs, kreditini bağlayan vətəndaş bankldan buna dair sənəd tələb etdikdə əlavə xidmət haqqı ödəməldirmi?
İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, əslində sənəd pulsuz təqdim edilməlidir.
O, bildirib ki, vətəndaşlar istehlakçı hüquqlarının pozulması ilə bağlı məhkəməyə də müraciət edə bilər.
Rəşad Həsənov isə deyir ki, banklar tərəfindən tənzimlənən rüsumların artmasına təsir edən bir neçə amil də var
Ekspert onu da qeyd edib ki, müştəri çox vaxt kredit müraciəti edən zaman bankın kredit şərtlərinə, kreditin faizinə diqqət edir.
Birdəfəlik təqdim edilən arsyışın verilməsinə dair rüsumun artması isə vətəndaşın bank seçiminə daha az təsir edir. Məsələ ilə bağlı Banklar Assosiasiyasından "Xəzər Xəbər”ə bildirildi ki, son vaxt rüsumlarda qiymət artımı müşahidə edilməyib.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik
Şərhlər