Xəbər lenti

Bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün ödəniş tələb edilir (FOTOLAR)
Ölkə11:07 29.06.2019

Bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün ödəniş tələb edilir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) Ticarət və Xidmət Departamenti paytaxtın bir sıra rayonlarında yerləşən çimərliklərə baxış keçirib.
İcra Hakimiyyətindən Qaynarinfo-ya bildirilib ki, şikayətlərlə bağlı Səbail rayonu "Şıx” çimərliyk ərazisi, Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan,    Zirə və Mərdəkan çimərliklərində reydlər keçirilib.
BŞİH-nin Ticarət və xidmət departamentindən jurnalistlərə açıqlamada bildirilib ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ''Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır.  Həmçinin ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Reydlər zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək və ictimaiyyətə məlumat veriləcək”. 
Bu gün reydlər Novxanı qəsəbəsindəki çimərliklərdə aparılıb və şkar edilmiş noqsanlar yerindəcə aradan qaldırılıb.