"Hökumət bunu araşdırmalı, əsaslandırmalı, sonra isə bunun mənfi və müsbət tərəfləri mütləq göstərilməlidir. Əgər təşəbbüs hökumətdən gələrsə, bunu müzakirə etmək olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Coğrafiya İnstitutunun Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklifini şərh edərkən deyib. Ekspertin fikirincə, hansısa qurumun təklifləri məsələyə ciddi münasibət bildirməyə əsas vermir:
"Hansısa qurumun təklifləri məsələyə ciddi münasibət bildirməyə əsas vermir. Nəyə görə? Ona görə ki, onlar əsaslandıra bunun nə verəcəyini əsaslandıra bilmirlər. Əhalinin işsizliyi aradan qalxacaqmı? Sosial problemlərmi öz həllini tapacaq? Əhalinin suya olan ehtiyacımı ödəniləcək? Torpaqların münbütlüyü bərpa olunacaqmı? Formanı dəyişmək o demək deyil ki, məzmun dəyişir. Yenə həmin kənddə bələdiyyə qurumları və yerli icra orqanlarının nümayəndələri rəhbərliyi öz əllərinə alacaq. Təyin olunan şəxs əhalinin problemini həll etməyəcək. Ərazini, adı, formanı dəyişmək heç bir müsbət dəyişikliyə gətirib çıxartmayacaq. Ad və adamlar dəyişəcək”.
Ekspert hesab edir ki, yalnız edilən təkliflər əsaslandırılandan sonra bununla bağlı təkliflər verilə bilər.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklifi ilə çıxış edib. İnstitutun baş direktoru Zakir Eminov mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturlarının heç bir iş görmədiyini bildirib.
Bahar Rüstəmli