Xəbər lenti

Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir? (VİDEO)
Video 12:14 12.10.2025

Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir? (VİDEO)

Əvvəlcə Ağcəbədi, indi də Cəlilabad və Qaxda heyvanlar arasında yoluxucu virus yayıldığı bildirilir...

Söhbət fermerlərin qorxulu yuxusuna çevrilən Dabaq xəstəliyindən gedir. Heyvanların xəstələnməsi fermerlərdə narahatlıq yaradıb. Bəzi sahibkarlara ciddi ziyan dəyib. Cəlilabad rayonunun Uzuntəpə kənd sakini deyir ki, 30-a yaxın xırdabuynuzlu heyvanı tələf olub.

Artıq 1 aya yaxındır ki, Qaxın Qaysarlı kəndində də heyvanlar arasında yayılan bu virus kəndli-fermerləri xeyli ziyana salıb.

Fermerlərin sözlərinə görə, bu xəstəliyin fəsadları qaçılmazdır: məhsuldarlığı kəskin azalıb - süd verimi 50-70% aşağı düşüb. Heyvanların ağız boşluğunda, dırnaqlarda və bəzi nahiyələrdə yaralar əmələ gəlir. Bundan başqa xəstə heyvan yem yeyə bilmir, hərəkəti çətinləşir, bəziləri isə bir müddət sonra ölür.//Xəzər TV


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->