Xəbər lenti

Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - Faktiki hava
Ölkə06:27 16.07.2023

Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - Faktiki hava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, bəzi yerlərdə arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı: Ordubad, Xaltan, Tərtər, Beyləqanda 3 mm-dək olub.
Duman: Qrız, Şahdağda duman müşahidə olunub.
Külək: Şimal-qərb küləyi Naftalanda arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 19 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.
Havanın maksimal temperaturu: İyulun 15-i Bakıda iqlim normasından 2.5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti, Naxçıvan MR-da 37 dərəcəyədək isti, aran rayonlarında 38 dərəcəyədək isti, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.