Xəbər lenti

Bəzi rayonların və İH-lərin ləğvi, finksiyalarının bələdiyyələrə ötürülməsi (RƏY)
Ölkə09:56 14.12.2021

Bəzi rayonların və İH-lərin ləğvi, finksiyalarının bələdiyyələrə ötürülməsi (RƏY)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hesab edirəm ki, səlahiyyətlərin bölüşdürülməsi baxımından əks mərkəzləşdirmə addımları atılmalıdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Coğrafiya İnstitutunun Azərbaycanda bəzi rayonların ləğv edilməsi ilə bağlı təklifinə münasibətində deyib.
Onun fikirincə, bu zaman regionların sosial-iqtisadi inkişafı və miqrasiya problemləri daha rahat həll olunar və vətəndaşların sosial problemlərinə daha normal yanaşılar, məsuliyyət artar:
"Azərbaycan iqtisadi rayonlar üzrə prezident nümayəndəsinin təyin edilməsi gələcəkdə rayon icra hakimiyyətlərinin ləvğ edilməsi, eyni zamanda idaretmə xərclərinin azaldılması, həmçinin yerli idarəetmə orqanlarının seçkili orqanlarının funksiyalarının paralel olduğunu nəzərə alaraq daha çox rayon icra hakimiyyəti orqanlarının finksiyalarının bələdiyyələrə ötürülməsi məqsəd baxımından daha yaxşı olardı. Dövlət idarəçiliyi baxımından, eyni zamanda vətəndaşların sosial iqtisadi problemlərinin yerində həll olunması həm də korrupsiya və rüşvətxorluğu da azaldardı. Bütün bunların hamısı o zaman baş verərdi ki, bələdiyyələrə azad, ədalətli seçkilər baş tutsun və seçkilərdə indiki hal müşahidə edilməsin”.
Ekspert bildirib ki, bu baxımdan Azərbaycanda islahatlar köklü aparılsa, seçki institutları normal fəaliyyət göstərsə, neytal, müstəqil olsa, bütün problemləri həll etmək olar:
"Ola bilər ki, rayon icra hakimiyyəti strukturları ləvğ olunsun, ancaq yenə də səlahiyyətlər əsas olaraq bir icra hakimiyyəti orqanlarında qalsa, Avropa Şurasına daxil olan zaman götürdüyümüz öhdəlik kimi kağız üzərində qalsa, onun heç bir effekti olmayacaq və mərkəzləşdirmə daha da ciddi olacaq. 
İndi isə yerli icra hakimiyyəti və bələdiyyə orqanları müxtəlis iqtisadi-sosial problemləri bir-birinin üstünə atmaqla məşğuldurlar”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklifi ilə çıxış edib. İnstitutun baş direktoru Zakir Eminov mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturlarının heç bir iş görmədiyini bildirib.
Bahar Rüstəmli