Xəbər lenti

Bəzi yerlərdə qar yağacaq
Ölkə11:15 28.03.2015

Bəzi yerlərdə qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Azərbaycanda hava şəraiti dəyişəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Bakı və Abşeron yarımadasında havanən temperaturu gecə 6-8˚, gündüz 9-11˚ isti olacaq.

Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 0-3 isti, gündüz 3-8˚ isti olacaq.

Qaynar.info