Xəbər lenti

Biləcəri deposunda bədbəxt hadisə: kişinin gözləri yandı
Ölkə06:42 10.12.2013

Biləcəri deposunda bədbəxt hadisə: kişinin gözləri yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Bakının Binəqədi rayonunda dəmiryolu deposunda bədbəxt hadisə baş verib.
Binəqədi rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, saat 17:09 radələrində Biləcəri dəmiryolu deposunda işçi 25 yaşlı Ramin Səfərovun gözləri yanıb. Hadisə texniki ehtiyatsızlıq nəticəsində baş verib. Onun gözlərinə yandırıcı kimyəvi maddə tökülüb. Gözləri yanan R.Səfərov Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanıb.
Qaynar.info