Xəbər lenti

Biləsuvar sakini qarpızdan zəhərlənərək öldü
Ölkə06:24 11.07.2019

Biləsuvar sakini qarpızdan zəhərlənərək öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub. 
Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. 
Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub. 
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 
Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.