
Biləsuvar rayonunda Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi və möhtəşəm "Gül Bayramı" qeyd olunub
9 may 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda mərhum prezidentin 91 illik yubileyi və möhtəşəm "Gül Bayramı" qeyd olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyevin abidəsi ziyarət olunub. Sonra rayonun ümumtəhsil məktəbləri şagirdlərinin və gənc rəssamlarının müxtəlif növ güllərdən hazırladıqları sərgi nümayiş olunub. Hər bir kompazisiya Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edib.
Sərgiyə 5 min nəfərə yaxın tamaşaçı qatılıb. Sərgidən sonra Heydər Əliyev adına parkda respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı keçirilib. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.
Qaynar.info












