
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyələr, məktəb direktorları, ictimaiyyətin nümayəndələri, dini icma sədrləri, din xadimləri və KİV nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, bu gün qurur hisi ilə deyə bilərik ki, aidiyyati dövlət orqanları tolerant və multikultural münasibətlərinin tənzimlənməsi işində dövlət başçısının qarşıya qoyduğu ideya və prinsiplərin həyata keçirilməsində tarixi nailiyyətlərə imza atmaqdadırlar.Görülən işlər və həyata keçirilən tədbirlər dini qurumlarlarla dövlət təşkilatları, ictimai təsisatlar arasında, eləcə də ayrı-ayrı dini konfessiyalar arsında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.2016-cı ilin Azərbaycanda “Multikultralizm ili” elan edilməsi və bu il çərçivəsində respublikamızın bütün bölgələrində silsilə tədbirlərin təşkili və uğurla həyata keçirilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkə Prezidenditinin bu sahədəki siyasətinə ən böyük töhfədir.
Bütün bunlarla yanaşı təəsüflə qeyd etməliyik ki, hazırda dünyanın bir çox dövlətləri, xüsusilə də nəhəng, öz istəklərini diqtə edə bilən dövlətləri geopolitik maraqlarını gerçəkləşdirmək üçün külli miqdarda maliyyə vəsaiti hesabına başa gələn ideoloji təbliğata üstünlük verməyə başlayıblar. Dinin mənəvi dəyər, insanların mənəvi düşüncə meyarı olduğunu nəzərə alan bəzi anti-bəşəri təfəkkür mənsubları kütlələri ələ alaraq siyasi maraqları həyata keçirməyə çalışırlar Odur ki, zaman-zaman imperiyalar, dövlətlər öz maraqlarını həyata keçirməkdən ötrü din amilindən əhəmiyyətli dərəcədə istifadə ediblər. Təsadüfü deyildir ki, müasir qlobal dünyada bir çox ziddiyyətlər din amili ilə əlaqələndirilir. Bütün bunlar onu deməyə əsas verir ki, hər dövlətdə, o cümlədən Respublikamızda milli, ideoloji, informasiya təhlükəsizliyi məsələsinə ciddi yanaşılaması, cəmiyyətin mənəvi və fiziki sağlamlığının qorunması baxımından qeyd olunan təhlükəsizliyin təmin olunması mühüm məsələdir.
Respublikamızın Əsas Qanunu - Konstitusiyası, “Dini etiqad azadlığı haqqinda” və “Dini ekstermizmə qarşı mübarizə haqqında” Azərbayca Respublikasının qanunları ilə ölkəmizdə dini etiqad azadlığı, eləcə də dini fanatizm, dini radikalizm, dini ekstermizm hallarına qarşı mübarizə tam təmin olunub. Ən mütərəqqi və sivil dəyərlərə əsaslanan qanunvericilik bazamız imkan verir ki, ölkəmizdə istənilən vətəndaş öz arzusu ilə istədiyi dinə sitayiş etsin. Eyni zamanda imkan vermək olmaz ki, xarici dövlətlərin dini missioner təşkilatları ölkəmizdə istənilən təbliğatı qura və din pərdəsi adı altında təmsil etdikləri dövlətlərin maraqlarını həyat keçirə bilsinlər. Bu və buna bənzər faktlar Azərbaycan Respublikasının milli və siyasi maraqlarına ziddir və belə halların qarşısı mütləq və qətiyyətlə alınmaqdadır. Bu baxımdan dövlətimiz kifayət qədər gücə və təcrübəyə malikdir.
Rayon İcra Hakimiyyətinin Başçısı bu sahədə rayonda görülən işlərə toxunaraq bildirdi ki, Biləsuvar rayonunda həmişə dini baxımdan sabitlik hökm sürmüş, xalqımıza xas olan tolerantlıq ənənələri qorunub saxlanılmışdır.Bu gün Biləsuvar rayonunda 44 məscid mövcuddur. Onlardan 28-i gündəlik, 16-sı isə dini ayinlərin icrası vaxtı fəaliyyət göstərir. Rayon sakinləri sərbəst şəkildə rayonun Cümə məscidində gündəlik dini ayinlərin icrası ilə məşğul olurlar.Rayonda ümumilikdə 86 nəfər mollalıq fəaliyyəti ilə məşğul olduğu halda, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi attestasiyadan uğurla keçən rəsmi dini ayin icraçılarının sayı 23 nəfərdir. Bundan əlavə xaricdə dini təhsil almış Biləsuvarlıların sayı 25 nəfərdir. Onlardan 13 nəfər hal-hazırda rayonda, 7 nəfəri isə Bakı şəhərində yaşayır. Digər 5 nəfəri hazırda təhsillərini davam etdirirlər.Rayonda İslam dininin Şiyyəlik təriqəti ilə bağlı rəsmi dövlət qeydiyyatından keçmiş 12 dini icma fəaliyyət göstərir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycanda dövlət və din münasibətləri və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verdi. M.Qurbanlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırdı.
Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizi yad ünsürlərdən qorumanın yolları, son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir mübadiləsi apardılar.
Qaynarinfo.Az