Xəbər lenti

Biləsuvarda göyərçin oğurluğu
Ölkə 19:20 03.11.2025

Biləsuvarda göyərçin oğurluğu

Biləsuvarda bir nəfərə məxsus 27 ədəd göyərçin oğurlanıb. 

Qaynarinfo xəbər verir ki, hadisə konkret olaraq Zəhmətabad kəndində baş verib. 

Göyərçinlərin sahibi dərhal Daxili İşlər Nazirliyinin "102 xidməti”nə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Biləsuvar şəhər sakinləri Qabil Şirinov (ad və soyad şərtidir) və Azad Hümbətov (ad və soyad şərtidir) törədib.
 
Onlara Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə ittiham elan edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 
Cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Hər iki şəxs məhkəmə verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Həmçinin məlum olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib və tərəflər arasında barışıq əldə olunub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən biri 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Digər təqsirləndirilən şəxs üzərində başqa cinayət işi də olduğuna görə o, 2  il 2 ay 28 gün müddətinə azadlıqdan edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->