Xəbər lenti

Biləsuvarda imtiyazlı şəxslərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Ölkə12:19 15.03.2016

Biləsuvarda imtiyazlı şəxslərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

15 mart  2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid ailələrinə, Cernobul əlillərinə, digər imtiyazlı şəxslərə  və aztəminatlı ailələrə  bayram sovqatı  paylanılıb.

Tədbirdə  rayon  İcra  Hakimiyyətinin  başçısı Mahir Quliyev, RİH-nin məsul işçiləri və  rayon ictimaiyyətinin nümayəndələri  iştirak  etdilər.

Bayram sovqatını təqdim edən rayon  İcra  Hakimiyyətinin  başçısı Mahir Quliyev hər bir ailəyə  firavan həyat və xoş günlər  arzulayaraq novruz bayramlarını təbrik etdi.

Bildirdi ki, ölkəmizdə  aztəminatlı ailələr və imtiyazlı şəxslər  daima dövlətimizin qayğısı ilə əhatə olunmuşdur və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  bundan sonra da bu siyasət uğurla davam etdiriləcəkdir.Tədbir zamanı 800 nəfər ailəyə sovqat paylanıldı.

Qaynar.info