Xəbər lenti

Biləsuvarda kanalzasiya biabırçılığı - İcra hakimiyyəti susur
Ölkə07:00 28.07.2015

Biləsuvarda kanalzasiya biabırçılığı - İcra hakimiyyəti susur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biləsuvar rayonunda yaşayan bir qrup rayon sakini Qaynar.info saytına şikayət məktubu yazıblar.

Sakinlər rayonun mərkəzi yolunun (Biləsuvar-Bəhramtəpə) bərbad vəziyyətə düşməsindən narazıdırlar. 

Sakinlərin sözlərinə görə buna səbəb rayona kanalizasiya çəkilişi üçün 4 il əvvəl başlanan, amma tamamlanmayan işlərdir. 

Rayon sakinləri bildirir ki, 4 il əvvəl kanalizasiya üçün qazılan quyular elə o vəziyyətdə də qalıb: "Kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də buraxılıb. 4 ildir ki, heş bir iş görülmür. Əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını xəbərdar ediblər. Lakin buna məhəl qoyulmayıb.

Sakinlər qeyd edir ki, nəzərdə tutulan işlər üçün əvvəlcə ayrılmış dövlət vəsaitinin hara xərcləndiyi bilinməsə də, yenidən pul ayrılıb, amma yenə də işlər görülmür. Nəticə də isə rayon sakinləri illərdir ki, yolların bərbad durumundan əziyyət çəkir. Yolların dağınıq vəziyyətdə olması sakinlərin avtomobillərini sıradan çıxarır. Bəzi evlərin girişində kanalizasiya quyuları qazılıb və üstü açıq qaldığı üçün sakinlərin öz evlərinə rahat girişi də problemə çevrilib."

Rayon sakinləri aidiyyatı orqanlardan 4 ildir davam edən bu acınacaqlı vəziyyətə son qoyulmasını istəyir. 

Mövzu ilə bağlı Biləsuvar icra hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da bu alınmadı. 

Rövşən Muradov