Xəbər lenti

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olunub - FOTO
Ölkə10:38 18.06.2016

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olunub - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

18 iyun  2016-cı ildə Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun anım günü qeyd olundu.

Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilatlarının  rəhbərləri, veteranlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.

Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov ziyarət zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd etdi  ki, “O,  öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etd.Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı.Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov  Azərbaycan əsgərinin döyüş ruhunun sarsılmazlığını bir daha sübut etdi.Elə ordumuzun aprel ayında düşmənə verdiyi layiqli cavab bir daha sübüt edir ki, Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən zaman öz sözünü deməyə qadirdir.”

Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov   ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.

Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova  məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış oldular.

Qaynarinfo.az