Xəbər lenti

Biləsuvarda Novruz şənliyi keçirilib
Ölkə09:26 18.03.2016

Biləsuvarda Novruz şənliyi keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

18  mart 2016-cı il tarixdə Biləsuvar rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri  əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirilib.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, hüquq-mühafizə orqanlarının,  idarə, müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və  kollektivləri, KİV nümayəndələri,  rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş  sərgiylə tanış oldular.Sərgidə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi. Sonra  rayon sakinləri üçün təşkil edilmiş ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkasına   baxış keçirildi.Yarmarkada əhali üçün nəzərdə tutulmuş müxtəlif  növ  ərzaq məhsulları satışa çıxarılmışdır.

Tədbirdə  İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev çıxış edərək Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzuladı. Mahir Quliyev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində rayonumuzun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını qeyd edərək, bildirdi ki, bundan sonra da digər bölgələrimiz kimi rayonumuzun da sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaqdı. 

Hazırda rayonda  bir çox sahələrdə tikinti, abadlıq və quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur.2016-cı il də xalqımız üçün  nailiyyətlərlə zəngin bir il olaraq yadda qalacaqdı. Novruz bayramının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayan Mahir müəllim bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq gətirsin.

Qaynar.info