İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən “Respublikada Pambıqçılığın inkişafına dair” müşavirədə verilən tapşırıqların icras ilə əlaqədar Biləsuvar rayonunda pambıqçılığın inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi keçrilib.
Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, pambıq qəbulu və emalı məntəqələrinin əməkdaşları, sahibkarlar və mülkiyyətçilər olmaqla 220 nəfər iştirak edib. Toplantıda icra başçısı Mahir Quliyev çıxış edərək bildirib ki, hazırda regionlarda qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Biləsuvar rayonunda da öz bəhrəsini verir.
M.Quliyev bildirib ki, İlham Əliyevin rəhbərliyi sentyabrın 17-də Səbirabadda keçirilən "Pambıqçılığın inkişafına dair" müşavirədə bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkildiyini deyib və bu keçən illə müqayisədə təxminən üç dəfə çoxdur: "Pambıqçılığın inkişafı rayonumuzun əhalisi üçün yeni iş yerləri, təminatlı həyat, sabaha inam deməkdir. Bütün bunları nəzərə alaraq rayonumuzda növbəti ildə 10.5 min hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işləri aparılır".
Mahir Quliyev çıxışında bildirib ki, bu il toplanacaq məhsulun vaxtında və itkisiz yığılması üçün pambıq qəbul məntəqələrinə və emal zavodlarına daşınması zamanı səmərəliliyin artırılması, ciddi təhlükəsizlik, xüsusən də yanğından mühafizə tədbirlərinin görülməsi, tədarük və emal dövründə emal zavodları və qəbul məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması təmin edilməli, tədarükçü şirkətlər fermerlərlə hesablaşmaları dəqiq və ləngitmədən aparmalıdırlar.
M.Quliyev gələn il əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətində görüləcək işləri qeyd edib, tapşırıq və göstərişlərini verib.
Sonra rayonun aidiyyəti üzrə təşkilat rəhbərləri və icra nümayəndələri çıxış edərək görülən işlərdən danışıb, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə ediblər.
Qaynarinfo.Az









