Xəbər lenti

Biləsuvarda yeniyetmə sosial şəbəkədən gördüyünü hazırlamaq istəyərkən zəhərləndi
Ölkə 21:30 01.01.2025

Biləsuvarda yeniyetmə sosial şəbəkədən gördüyünü hazırlamaq istəyərkən zəhərləndi

Biləsuvarda yeniyetmə zəhərlənib.


APA-nın verdiyi xəbərə görə Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.


Yeniyetmənin atası bildirib ki, övladı "Tik-tok” platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün "səs çıxaran” qurğu düzəltmək istəyib. "Bu zaman bizdən xəbərsiz istifadə etdiyi "Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".


Fakt araşdırılır.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->