Xəbər lenti

Biləsuvardakı partlayışla bağlı rəsmi açıqlama
Ölkə11:53 14.02.2014

Biləsuvardakı partlayışla bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Prokurorluq Biləsuvarda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində Biləsuvar şəhərində “KAMAZ” markalı yük avtomobilinin qoşqusunun üzərində olan yanacaq çənində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qaynaq işləri aparılan zaman baş vermiş yanğınla müşayiət olunmayan partlayış nəticəsində avtomobilin sürücüsü Şaiq Cəfərli və qaynaq işlərini aparan Əjdər Poladovun ölmələri, fəhlə Baloğlan Poladovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

B.Poladov aldığı bədən xəsarətləri ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İş üzrə zəruri ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam etdirilir.

Qaynar.info