Xəbər lenti

Biləsuvardan təkzib gəldi
Ölkə14:39 10.02.2014

Biləsuvardan təkzib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Heç bir dağıntı və təlafat yoxdur, yayılan məlumatlar əsassızdır” 

Bu gün ölkədə baş verən zəlzələ ilə bağlı yayılmış məlumatlardan birində təbii hadisənin Biləsuvar rayonunda dağıntılara səbəb olduğu vurğulanmışdı. Sözügedən rayonun İcra Hakimiyyətindən Qaynar.info-ya verilən açıqlamada deyilir ki, bu barədə yayılmış məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. 

İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib ki, baş verən zəlzələ rayonda o qədər də hiss olunmayıb. “Hər şey normaldır. Nə dağıntı var, nə də təlafat. Kimsə sensasiya xatirinə belə əsassız məlumatlar yayıb”.