Xəbər lenti

Binə TM-də elektrik dirəyi aşdı - Saatlardır işıq yanmır
Ölkə 22:26 14.12.2025

Binə TM-də elektrik dirəyi aşdı - Saatlardır işıq yanmır

Binə Ticarət Mərkəzində saatlardır elektrik enerjisinin kəsildiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunur ki, soyuq hava və qaranlıq səbəbindən mağaza sahibləri obyektləri erkən bağlamaq məcburiyyətində qalıb.

Əldə etdiyimiz məlumata görə, ticarət mərkəzinin yaxınlığında yerləşən 35 kV-lıq elektrik dirəyi aşıb.

Nəticədə ticarət mərkəzinə elektrik verilişində fasilə yaranıb.

Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən işlər aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->