"Qaynarinfo"nun əməkdaşı Xaqani Hüseynov dələduzluqla üzləşib.
Avtomobil dələduzları ona məxsus "Kia” markalı avtomobili ələ keçirib.
Xaqani Hüseynovun sözlərinə görə, bu barədə Binəqədi Rayon Polis İdarəsinə müraciət edib: "Sağ olsunlar, müraciətimə operativ reaksiya verərək dərhal araşdırma aparıblar. Artıq dələduzluq edən şəxsin kimliyi müəyyənləşdirilib və faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət başlanıb. Mənə 12 min manat ziyan dəyib. Binəqədi Rayon Polis İdarəsinin rəisi Musa Musayevə və müstəntiqə təşəkkür edirəm. Ümid edirəm ki, qısa müddətdə dələduzluq edən şəxs yaxalanacaq və mənə dəymiş ziyan ödəniləcək”.
Aydın