Xəbər lenti

Binəqədi rayonunda qadın itkin düşdü
Ölkə16:43 10.02.2019

Binəqədi rayonunda qadın itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qadın itkin düşüb.
Qaynarinfo-nun məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Vaqif Babayev polisə müraciət edərək bildirib ki, fevralın 8-də səhər saat 10 radələrində onunla birgə yaşayan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəfa Babayeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalar aparılır.