Xəbər lenti

Binəqədidə evlərdən pul yığırlar - ŞİKAYƏT
Ölkə12:48 14.07.2014

Binəqədidə evlərdən pul yığırlar - ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi rayon Qaz İstismar İdarəsi vətəndaşlar üçün sayğacı 270 manata quraşdırır. 

Müxtəlif yollarla vətəndaşlardan pul qoparan idarə rəhbərliyi heç bir şikayətə və tələbə əhəmiyyət vermir. 

Bu barədə Qaynar.info-ya Binəqədi rayon sakinləri məlumat veriblər. 

Rayon sakini Eldəniz Pələngovun Qaynar.info-ya verdiyi məlumata görə, Qaz İstismar İdarəsi problemi qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması üçün elan olunmuş tenderdə qalib gələn şirkətlərin üstünə atır. Rayon İcra Hakimiyyəti isə problemə biganə yanaşır, şikayətlərə heç bir məhəl qoymur: 

"Təzəlikcə sayğac qurma işlərini qaz idarəsindən alıb guya tenderdə qalib gələn hansısa şirkətə veriblər. Əvvəl qaz sayğaclarını 150-200 AZN-ə quraşdırırdılar. İndi isə bu məbləğ 200-270 AZN civarındadır. Şikayət edəndə isə evlərin sənədsiz olmasını bəhanə gətirirlər. Şəxsən özüm Binəqədi rayon İcra Hakimiyyətinin "Qaynar-xətt"inə (1646) zəng vurdum, ancaq heç bir xeyri olmadı. Evin 20 sm-dən qaz xəttinin keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə əhalidən istədikləri məbləği almasalar qaz vermirlər". 

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info